PERFORMANS

F SPORT

Hər bir F SPORT modeli artıq Lexus modellərinin cazibədar görünüşlərini idman üslubu ilə təkmilləşdirən LFA super avtomobili, RC F və GS F, modellərindən ilhamlanır. Lexus-un F Fəlsəfəsi qüvvətli eksteryer dizaynı, idman üslublu kabina və eksklüziv olaraq tənzimlənmiş idarəetmə ilə hər bir F SPORT modelinə nüfuz edir və bütün bunlar sürücü kimi sizin kefinizi artırmaq üçün nəzərdə tutulub.

F SPORT EKSTERYER DİZAYNI

F SPORT dizaynı fərqli valşəkilli barmaqlıqlar, dəlikli detallar və xrom naxışlarla özünə diqqət cəlb edir. Böyük əyləc soyutma boruları və ön spoylerin alt hissəsindəki aerodinamik üzgəclər avtomobili aşağı doğru sıxma qüvvəsini artırır, məqsədyönlü və aqressiv estetika yaradır. Unikal yüngül lehimli disklər və əvəzsiz F SPORT emblemi dizaynı tamamlayarkən, həm də məşhur Fuji Sürət Yolunun yarış mənbələrinə istinad edir.

  • lexus f sport section02 02

    EKSKLÜZİV TƏKƏRLƏR VƏ TƏNZİMLƏNMİŞ ASQI

    Yüngül çəkili lehimli disklərin dizaynı dönmə zamanı möhtəşəm yapışma üçün az profilli şinlərlə təchiz olunmuşdur. Həm ön, həm də arxa asqı qurğusu idarəetmə və sürmə keyfiyyətini artırmaq üçün tənzimlənmişdir.

  • lexus f sport section02 03

    EKSKLÜZİV ÖN BUFER VƏ RADİATOR BARMAQLIĞI

    Xüsusi arı pətəyi şəkilli ön radiator barmaqlığı və unikal buferi ilə F SPORT modelinin göz oxşayan ön hissəsi cazibədar və qətiyyətli dizayn nümayiş etdirir. Daha dərin və daha aşağı hissəsində bütöv spoyler və onu tamamlayan iki ayrı xarici dəlikli barmaqlıq yerləşdirilmişdir.

F SPORT İNTERYER XÜSUSİYYƏTLƏRİ

F SPORT modellərimizdə olan yarışla sövqləndirilən interyer xüsusiyyətlərinə eksklüziv dayaqlı oturacaq, mexaniki işlənmiş alüminium pedallar və F SPORT sükan çarxı daxildir. Məharətlə hazırlanmış kabinədə yerinizdə əyləşin və siz görəcəksiniz ki, hər bir detal sizi daxilən avtomobilin və onun idman üslublu təəssüratına bağlamaq üçün işlənib hazırlanıb.

lexus f sport section03 00
  • lexus f sport section03 01

    YÜKSƏK PERFORMANSLI OTURACAQLAR

    Döngələrdə sizi dizdən çiyinədək dəstəkləyən F SPORT oturacaqlarının dizayn xüsusiyyətləri daha təfərrüatlı profilə və yerləşməyə malikdir. Gözəl tikilmiş naxışlar bizim "takumi" usta sənətkarlarımız tərəfindən əl ilə tikilmişdir.

  • lexus f sport section03 02

    YOLA YÖNƏLMİŞ DİSPLEY

    F SPORT alətlər panelinin dinamik dizaynı avtomobili sürməklə bağlı bütün əsas məlumatları birləşdirir ki, siz lazım olan kimi performansla bağlı məlumatları dərhal əldə edə biləsiniz. Sürmə Rejimi Seçiminə qoşulmuş iyerarxik alətlər paneli sizin sürmə rejimi parametrinə görə dəyişir.

    Onu da qeyd edək ki, bu, Lexus sıralarında seçmə modellərdə mövcuddur.

  • lexus f sport section03 03

    İDMAN ÜSLUBLU SÜKAN ÇARXI VƏ PEDALLAR

    F SPORT emblemli, erqonomik şəkildə hazırlanmış idman üslublu sükan çarxı zərif şəkildə məsaməli dəri ilə işlənmişdir və sürət qutusu idarəetməsi ilə tamamlanır. Ayaqlarınızın altındakı deşikli alüminium pedallar F SPORT modellərinin avtosport irsini tərənnüm edir və möhtəşəm yapışma və sürmə həzzi təqdim edir.

    Onu da qeyd edək ki, bu, Lexus sıralarında seçmə modellərdə mövcuddur.

ÖZ F SPORT MODELİNİZİ SEÇİN

F SPORT avtomobili qüsursuz görünüşü ilə kompakt CT, RC kupe və RX SUV modelləri də daxil olmaqla, Lexus sıralarındadır. Öz sözünüzü deməyin tam zamanıdır; özünüz üçün F SPORT modellərimizi kəşf edin.