TEXNOLOGİYA

HİBRİD MÜHƏNDİSLİYİ

İlk dəfə Lexus şirkəti tərəfindən yaradılan və təkmilləşdirilən ən yaxşı hibrid texnologiyasının özünüz şahidi olun. Sizə vəd olunur: yanacaq qənaəti, aşağı emissiya. səmərəli güc və əsl idarəetmə həzzi.

HİBRİD SİSTEMİ ÜZRƏ LİDER

Lexus hibrid texnologiyası ən yüksək tələblərə cavab verir. Biz tam hibrid modellərinin ilk carçılarıyıq və bu layihə üzərində işlərimiz hələ də davam edir. Bir milyondan çox sürücü qabaqcıl mühərrikə malik avtomobillərimizi sınaqdan keçirmişdir.

technology hybrid engineering long standing hybrid leadership 01
  • technology hybrid engineering long standing hybrid leadership 02

    HİBRİD SİSTEMİ ÜZRƏ LİDER

    ÇOXMƏRHƏLƏLİ HİBRİD

    Biz hibrid texnologiyası üzrə gözləntiləri aşmağa davam edirik. İndi siz Lexus modellərində yeni sistemi sınaqdan keçirə bilərsiniz: LC 500h and LS 500h modellərində Çoxmərhələli Hibrid sistemi.

    Mövcud CVT sistemi (fasiləsiz dəyişən transmissiya) ilə bərabər 4 pilləli avtomatik transmissiya da əlavə olunur. 10 pilləli sürət qutusu simulyasiya edilərək LC 500 benzin mühərrikinin 10 pilləli sürət qutusunu hərəkətə gətirir. Sürücü sükan çarxının ötürücü ləçəklərindən istifadə etməklə dinamik pillələri asanlıqla dəyişə bilər.

    Nəticə? Gücləndirilmiş idmansayağı obraz. Dinamikliyinə, sürətinə və möhkəmliyinə görə bu indiyədək nümayiş olunmuş ən səmərəli və göstərişli hibrid sistemi hesab olunur. Akselerator pedalına basan kimi siz bu möhtəşəm gücü hiss edəcək, rahat tempdə olarkən isə yüksək səmərəlilikdən həzz alacaqsınız. Çoxmərhələli Hibrid sistemi idarəetmənin xarakterini müəyyən edir. Biz hibrid texnologiyasında irəlilədikcə bu sistemin Lexus modellərində tətbiqi də genişlənəcək.

  • technology hybrid engineering long standing hybrid leadership 03

    HİBRİD SİSTEMİ ÜZRƏ TƏCRÜBƏLİ LİDER

    İDARƏETMƏ REJİMİ SEÇİMİ

    Lexus Hibrid idarəetmə şəraitinizə və güc kombinasiyanıza nəzarət edərək sizin üçün optimal seçim təklif edir. Lakin, istəsəniz, özünüz də idarəetməni tənzimləyə bilərsiniz: elektrik, kombinasiya edilmiş və ya benzin.

    İşə salma düyməsindən sürətin artırılmasına, eləcə də, azaldılmasınadək bütün seçimləri özünüz edə bilərsiniz. Bütün səyahətiniz boyu və ya səyahətinizin müəyyən anları üçün. Avtomobiliniz ilə birlikdə siz emissiyanı azalda və performansı yüksəldə bilərsiniz.

    Normal rejim yanacaq sərfiyyatı ilə mühərrik performansının optimal balansını təmin edir. Sport rejimi drossel qapağının daha sürətli və daha çevik reaksiyanı təmin etməklə idarəetməni əsl həzzə çevrir. ECO rejimi yanacağa daha çox qənaət etmək üçün drossel qapağını, mühərrik gücünü və iqlim parametrlərini tənzimləyir.

Next steps