TEXNOLOGİYA

YARADICI FİKİRLƏR ƏSASINDA İNNOVASİYALAR

Biz texnologiya üzərində dayanmadan işləyirik. Odur ki, biz texnoloji üstünlükləri innovasiyanın mənbəyi kimi qiymətləndiririk.

YENİ TEXNOLOGİYA, GÖZLƏNİLMƏZ TƏTBİQLƏR

Başqalarından fərqli olaraq, biz texnologiyanın sadəcə mövcud forması ilə kifayətlənmirik. Bu, bizə ilkin təsəvvürlərimizin formalaşmasına və onların əsasında tam yeni Lexus təşəbbüslərinin ortaya çıxmasına kömək edir. Biz qabaqcıl xüsusiyyətləri yeni tətbiqlərin, innovasiyaların və nailiyyətlərin başlanğıcı kimi görürük. Ən əsası odur ki, biz qabaqcıl xüsusiyyətlərin tətbiqini yeni üsullarla gerçəkləşdiririk.


  

  
    brandpillars tech engine

DAHA AĞILLI SKANERLƏŞMƏ

Qeyri-ənənəvi yolla düşünərək biz tibb elmindən ən son CAT (Kompüter Tomoqrafiyası) skanerləşmə texnikasını götürdük. Nə üçün? Çünki, bu texnologiyanın Lexus üçün fərqli və dəyərli bir tətbiq olduğunu müşahidə etdik.

Mühərriklərin yoxlanılması üçün ənənəvi yanaşmalar mexaniki və xarici yoxlamalara əsaslanır. Lakin, Lexus olaraq biz hər bir mühərrikin daxilinin əla vəziyyətdə olduğunu bilirik.

Kompüter Ox Tomoqrafiyası (CAT) bizə 3D-də mühərrikin içərisinə baxmağa imkan verir. Biz tam dəqiqliyi ilə çatışmazlıqları görə bilərik. Bizim qeyri-ənənəvi metodumuz qüsursuz nəticələr təqdim edir.

AĞILLI YARDIM SİSTEMİ

Sükan arxasında olarkən hissləriniz sizin təhlükəsizliyinizi təmin edir. Bəs onlar avtomobilin "hissləri" ilə daha da gücləndirilsə necə? Bizim qabaqcıl təhlükəsizlik sistemimiz sizin və sərnişinlərinizin təhlükəsizliyi baxımından həm intuitiv, həm də intellektual olaraq insan zəkasından daha üstündür.

AKTİV TƏHLÜKƏSİZLİK

Təhlükəsizlik texnologiya və innovasiyanı tətbiq edəcəyimiz ən mühüm sahələrdən biridir. Biz mövcud xüsusiyyətlər üzərində çalışır və yeni yardımçı sistemlər yaradırıq.

Nəticə? Bizim avtomobillərimiz gündən-günə daha təkmil və daha təhlükəsiz olur. Digər xüsusiyyətlər ilə yanaşı, LSS+ təhlükəsizlik sistemi sükan arxasında olarkən sizi intuitiv və intellektual yardım sistemi ilə qoruyur və lazımi təqdirdə intellektual idarəetmə yardımı sistemi ilə təmin edir.

VİRTUAL REALLIQ TESTİ

Testimizi növbəti səviyyəyə keçirmək üçün virtual reallıqdan istifadə edirik. Həm idarəetmə şərtləri, həm də sürücü reaksiyaları əvvəlki kimi simulyasiya edilə bilməz. Virtual təcrübə qazanmaqla, biz bir sıra təhlükəsizlik xüsusiyyətləri haqqında real sürücülərin rəyini ala bilərik. Biz bundan texnologiyamızı təkmilləşdirmək, etimadınızı möhkəmləndirmək və rahatlığınızı təmin etmək məqsədi ilə istifadə edirik.


  

  
    technology innovation with imagination driving simulator process

SİMULYASİYA EDİLMİŞ İDARƏETMƏ

Lexus LS ağıllı cihaz paneli ilə əhatə olunub. Dairəvi ekranlar şəhərin və avtomobil yollarının canlı təsvirini əks etdirir. Silindrlər hərəkət etməklə və fırlanmaqla dönməni, yuxarıya doğru qalxmanı. sürətlənməni və yavaşımanı stimullaşdırır. Mühərrik səsi, vibrasiya və külək effekti tamamlayır.

Simulyasiya imkanları sonsuzdur. Məsələn, monoton idarəetmə halları yuxu gətirən amilləri araşdırmağımıza kömək etmiş və nəticədə ağıllı xəbərdarlıq sisteminin ərsəyə gəlməsinə səbəb olmuşdur. Eksperimentlərin layihələndirilməsi üzrə məsul şəxs Takahiko Murano qeyd edir: "Bu, real dünyada icrası mümkün olmayan test növüdür".

Next steps