2018 lexus technology hero

TEXNOLOGİYA

YENİLİKÇİ RUHLAR

Məkanın səsi.

Bütün mürəkkəbliyi və gözəlliyi ilə səs gündəlik həyatımızın ayrılmaz hissəsidir - yaxşı nəzərdə tutulmuş səsli tədbirlərin dəyərinə köklənmiş şəxslər üçün həqiqi mükəmməl səsdən daha həyəcanverici bir şey ola bilməz. Həmin insanlardan biri hollandiyalı bəstəkar və texnoloq Pol Omendir, o deyir ki, səs həmişə onun "təsəvvür etmək üsulu" olmuşdur.

Onun eşitdiklərinə dair həmin erkən uşaqlıq araşdırmaları ömürlük həvəsin perspektivli başlanğıcı idi və Omen karyerasını insanlar ilə onların qarşılaşdığı səsli dünya arasında mövcud olan qarışıq təbəqəli münasibətin kəşfinə həsr etmişdi.


  

  
    2018 lexus technology quote landscape 1920x1080 V2

  

  
    2018 lexus technology quote portrait

"(UŞAQ İKƏN) EYNİ VAXTDA EŞİTDİYİM MELODİYALARI ZÜMZÜMƏ EDİRDİM VƏ BU, MELODİYALARDAN ÇOX TƏSƏVVÜRÜMDƏ SƏSLƏR DÜNYASINI OYADIRDI" - DEYƏ O İZAH EDİR.

Bəstəkar və texnoloq Pol Omen

O bildirir: "Mən səslər ilə məkan və səslər ilə bədənim arasında nə baş verdiyinə qulaq asıram". "Səsin məkanda səbəb olduğu rezonanslar və refleksləri fərqləndirə bildikcə, siz dərk etdiyiniz səslərin tamamilə ətraf mühit ilə qarşılıqlı təsirdən irəli gələn belə qarşılıqlı əlaqədən yarandığını daha çox dərk edirsiniz."

2015-ci ildə Məkansal Səs İnstitutunun əsasını qoyan və Budapeştdə yaşayan və işləyən Omen teatr və opera üçün musiqi bəstələyərək əsas diqqətini səs dizaynlarının yaradılmasına yönəltmişdi. Lakin 2007-ci ildə o, diqqətini dəyişərək, özünəməxsus olan 4DSOUND şirkəti ilə məkan, səs və qavrayışın araşdırılmasına yönəltdi. Şirkətində bu vaxta qədər komandası ilə 70-dən çox yüzə yaxın məkansal səs layihəsi yaratmaq üçün işləyirdi və dinləmə təcrübəsini təkmilləşdirmək üçün güclü maraq yaratmışdı.


  

  
    2018 lexus technology1 landscape 1920x1080 v2

O izah edir: "Dinləmə təcrübəmizi nə qədər çox düzəltsək, o qədər çox məkansal dinləyəcəyik". "Yüksək keyfiyyətli dinləmə təcrübəsi o deməkdir ki, səs sistemi diqqəti özünə deyil, səsləri ətraf mühitin bir hissəsi və orada hərəkət edən kimi eşidərək ətraf mühitə cəlb edir. Səs sistemi yalnız bir elementdir, məkanın dizaynı, onun interyer təhlili, sosial aspektlər, sonuncu olmayaraq, səs məzmunu təcrübəni bütöv şəkildə ötürmək məqsədilə birləşdirmək üçün lazım olan elementlərin hamısıdır."

Omen üçün bu təcrübə avadanlığın keyfiyyətindən çox dinləyicinin aktiv iştirakına əsaslanır.


  

  
    2018 lexus technology3 landscape 1920x1080 v2

O bildirir: "Diqqət etmə müddətimiz o qədər qısa olub ki, əksər insanlar üçün həqiqətən "dinləmə" tələb edən bir şeyə diqqəti cəmləmək üçün baxış yolu tapmaq böyük səy tələb edir." "Əgər biz daha təkmilləşdirilmiş və sınaqdan keçirilmiş fəal dinləmə təcrübələrinə malik olmaq istəyiriksə, ətraf mühitlərdən gələn səs-küyü aradan qaldırmağa başlamalıyıq, əks-halda heç nə eşitməyəcəyik."

Gənc yaşlarından musiqiyə hələ də vurğun olmasına və iş və şəxsi həyatında hər gün çoxölçülü səs ilə əhatə olunmasına baxmayaraq, Omen dinclik və sakitliyi dinləməyin onun ən sevimli işi olduğunu qəbul edir.

O, qəbul edir ki, gündəlik həyatında ən çox dinləmək istədiyim sakitlikdir. "Sakitlik əlbəttə ki nisbidir, sakitlik əvəzinə deyərdim ki, daha az səs-küy və daha çox məkan, beləliklə hisslərim açıla və nəfəs ala bilsin və daha çox eşidə bilim."


  

  
    2018 lexus technology2 landscape

YENİLİKÇİ RUHLAR

UĞURUN SƏSİ

Mükəmməl eşitmə təcrübəsi dönüş nöqtəsi ola bilər. Dinamiklərin yerindən səsin keyfiyyətinə qədər Lexus avtomobillərində dinləmə yollarının bütün aspektləri hər dəfə dəqiq və fəal səs təcrübəsi təmin etmək üçün dəqiqliklə hazırlanıb. Qədim ənənədən yeni incəsənət nümunəsinin yaradılması.

Next steps