2017 lexus kineticSeat hero01

KİNETİK OTURACAQ KONSEPTİ

Rahat əyləşmisiniz? Odur ki, Lexus Kinetik Oturacaq Konseptinin dizaynı və quruluşuna nəzər yetirərkən gələcək avtomobil oturacaqlarının hər bir detalına təkrar nəzər salındığını asanlıqla görmək olar. Hətta oturacaqlarda istifadə olunmuş liflər poladdan dörd dəfə daha güclü, eyni zamanda neylondan daha elastikdir. Kinetik Oturacaq Konsepti öz debütünü 2016-cı il Paris Avtomobil Şousunda edib.

HƏRƏKƏT ÜÇÜN HAZIRLANMIŞ, RAHATLIQ ÜÇÜN YARADILMIŞDIR

İnsanlarda onurğa sütunu çanağın və sinənin əks istiqamətlərdə dönməsinə imkan verərkən başı stabil saxlamağa, hətta gəzərkən və qaçarkən başın daha az hərəkət etməsinə xidmət edir.

Bu hərəkəti avtomobil oturacaqlarında əks etdirmək məqsədilə oturacağın yastığı və arxa söykənəcəyi hazırlanarkən sərnişinin çəkisi və avtomobilin hərəkəti nəzərə alınmışdır. Oturacağa əyləşməklə başın hərəkəti azalır və şərnişinin görmə sahəsi stabilləşir.

Toxunuşu mərkəzdən başlayan oturacaq üzlükləri hörümçək torunu xatırladır. Şəbəkə bədənin formasına uyğun gəlir və çəkini bərabər paylaşdırır, belə ki sürücü və ya sərnişinin daha rahat otura bilməsini təmin edir.

ÜSTÜN UDUCULUQ QABİLİYYƏTİ

Arxa söykənəcəyin mərkəzi kürək səviyyəsindədir, bu da döş qəfəsinin oturacağın mərkəzi oxu ətrafında fırlanmasına səbəb olur. Bu, başı stabilləşdirməyə və yüksək səviyyəli dəstək təmin etməyə kömək edir. Həmçinin oturacaq ümumi avtomobil çəkisini yüngülləşdirmək məqsədi ilə daha nazik edilmişdir.

Hörümçək torunun sapları Qmonos adlı (Yaponca "kimonosu" "hörümçək toru" deməkdir) sintetik liflərdən ibarətdir. Əsas komponenti protein olan bu saplar mikrobioloji fermentasiya yolu ilə əldə edilmişdir. Qmonos™ olduqca güclüdür, odur ki. hətta diametri 1 sm olan tor qalxamaqda və ya enməkdə olan təyyarənin dayandırılmasına kifayət edə bilər.

Next steps