technology premium specification hero

TEXNOLOGİYA

PREMİUM SPESİFİKASİYA

Lexus modelləri qabaqcıl texnologiya ilə təchiz edilib və onların keyfiyyətinə xüsusi diqqət yetirilib. Biz idarəetmə səriştəsinin bütün aspektlərini təkmilləşdirməyə çalışırıq.

STANDART KİMİ TƏKLİF OLUNAN MÜSTƏSNA TEXNOLOGİYA

Ən son, ən qabaqcıl innovasiyaları bütün siniflər üzrə müşahidə etmək olar. Ən yüksək səviyyəyə çatdırılaraq sizə ən yaxşı səriştəni təklif edir. Möhtəşəm interyer xüsusiyyətlərindən LSS+ kimi ağıllı və intuitiv təhlükəsizlik sistemlərinədək yaratmış olduğumuz hər bir elementdə texnologiya və ehtişam paralel təqdim olunub.

technology premium specification exceptional technology as standard

TƏKMİL SEÇİMLƏR

Ən təkmil xüsusiyyətlərimizin bir çoxu standart kimi təqdim olunur, ancaq əyləncə, iqlimə nəzarət və təhlükəsizlik sistemləri üzrə təklif olunan ən son seçimlərdən də faydalana bilərsiniz. Nəticə? Sükan arxasına keçin və təkmilləşdirilmiş xüsusiyyətləri sınaqdan keçirin.

Avtomobili idarə edərkən hər şey nəzarətiniz altında olacaq. Cihaz panelindəki hər hansı bir düyməyə toxunmaqla siz ətrafınızı öz istəyinizə görə dəyişə və daha da zənginləşdirə bilərsiniz.

AKUSTİK MÜKƏMMƏLLİK

Biz qabaqcıl audio mütəxəssisləri Mark Levinson® ilə əməkdaşlıq edir və avtomobilin əyləncə sistemini bir pillə də yüksəldərək unikal dinləmə texnologiyaları üzərində birlikdə çalışırıq.

Mark Levinson® tapşırığın hər bir mərhələsində yaxından iştirak edir. Onlar yeni avtomobil konseptini təsvirinin verildiyi gündən hazırlandığı günədək anbaan izləyiblər, beləliklə onlar modellərin interyerinin ideal akustikaya tam uyğun kalibrləşdirildiyindən əmin ola bilərlər. Səsucaldıcının yerləşdirilməsi və kalibrləmə bizim salonumuzun ayrılmaz bir hissəsidir.

technology premium specification acoustic perfection 02

MÜTLƏQ AYDINLIQ

Lexus və Mark Levinson® akustik mükəmməllik üzərində bərabər çalışıblar. Bizim öhdəliyimiz sərhəd tanımır, odur ki, biz rəqəmsal sıxılmış trekləri dəstəkləyən texnologiya ilə işləmişik

Harman Clari-Fi® sistemində, qabaqcadan kodlaşdırılmış bir sıra alqoritmlər real vaxtda səs siqnallarını təhlil edir, keyfiyyətli səslənmənin təmin edilməsi üçün rəqəmsal treklərdəki itmiş incəlikləri bərpa edir. Lexus avtomobilində musiqinin bu şəkildə dinlənilməsi zamanı əskikliyin olması mümkün deyil.

OPTİMALLAŞDIRILMIŞ MÜHİT

Avtomobilin atmosferi nəzərə çarpmaya bilər, amma onun əhəmiyyəti böyükdür. Bizim üçün bu, çox vacibdir - biz salonun havasına mikroskopik səviyyədə nəzarət edən və onu tənzimləyən mükafata layiq Nanoe® texnologiyasını tətbiq etmişik. İqlimə nəzarət sisteminin ənənəvi xüsusiyyətlərini geridə qoyaraq, bu innovativ xüsusiyyət yüksək səviyyəli komforta zəmanət verir.

technology premium specification optimised atmosphere

YENİLƏNMİŞ

Məharətli Nanoe® texnologiyası sadəcə havanı təmizləmir. O eyni zamanda düzgün rütubəti də təmin edir.

Dəridə və gözlərdə quruluq yaradan digər sistemlərdən fərqli olaraq Nanoe® texnologoyası sizə optimal variantlardan istifadə etməklə səyahətinizi gümrah başa vurmağınızı təklif edir.

AKTİV TƏHLÜKƏSİZLİK SİSTEMİ

Təsəvvür edin ki, avtomobiliniz ən az sizin qədər, hətta sizdən daha çox həssasdır, Bizim LSS+ təhlükəsizlik sistemi onu reallığı çevirir. Bütün bu xüsusiyyətlər intuitiv və intellektual olaraq, insan qavramını daha da yüksəldir, beləliklə, siz özünüzü daha rahat hiss edə və avtomobilinizi daha inamla idarə edə bilərsiniz. Tam yeni LS modelində bu texnologiya daha da təkmilləşdirilib və Lexus təhlükəsizlik innovasiyasının gələcəyindən xəbər verir.

AĞILLI DƏSTƏK

Lexus avtomobilləri daim inkişafdadır və bu avtomobillər sizin ətraf mühitinizdən getdikcə daha çox məlumatlı olur. Onlar hadisələri qabaqcadan duyaraq toqquşmanın qarşısını alır və sizi, sərnişinlərinizi, eləcə də, piyadaları qoruyur.

Siz daim nəzarətdə olursunuz. Bizim təhlükəsizlik sistemlərimiz daha da təkmilləşdirilib və ehtiyac yarandığı hallarda öz köməyini təklif edir. Qalan vaxtlarda onlar gözəgörünməz, lakin tədbirli olur və sizin təhlükəsizliyinizi təmin etmək və inamınızı artırmaq üçün daim aktiv olurlar.

TEXNOLOGİYANIN XÜSUSİYYƏTLƏRİ

Lexus sinfində ən yaxşı texnologiya tətbiq olunur. Seçiminizdən asılı olmayaraq siz ən rahat, ən həyəcanverici və ən təhlükəsiz səriştəni gətirən yenilikçi xüsusiyyətləri kəşf edəcəksiniz. Bir çox seçimlər standart kimi verilib, bunlarla yanaşı sizin üçün bir sıra əlavə seçimlər də təklif olunur. Əsas spesifikasiyalarınız hələ qabaqdadır.

Next steps