Skip to main content
  • OPERATİV TƏDBİRLƏR
  • AVTOMOBİL MÜQAYİSƏLƏRİM
  • BIZIMLƏ ƏLAQƏ SAXLAYIN
  • Test-Drayva yazıl
  • Broşür
  • Bizimlə əlaqə saxlayın
Lexus logo
  • Avtomobillər
  • Hibrid
  • Lexus-u kəşf edin
  • Lexus Qayğisi
  • Avtomobillər
  • Hibrid
  • Lexus-u kəşf edin
  • Lexus Qayğisi
  • component grid

    • ES

      ELEQANT SEDAN

      ES 350  COMFORT
      Hibrid və ya Benzin mühərriki ilə mövcuddur
      ES AVTOMOBİLİNİ KƏŞF EDİN
    • NX

      LÜKS KOMPAKT KROSSOVER

      NX 300h  COMFORT
      Hibrid və ya Benzin mühərriki ilə mövcuddur
      NX İLƏ TANIŞ OLUN
    • RX

      LÜKS KROSSOVER

      RX 450h  LUXURY
      Hibrid və ya Benzin mühərriki ilə mövcuddur
      RX İLƏ TANIŞ OLUN
    • GX

      AÇIQ HAVA ÜÇÜN KROSSOVER

      GX 460 LUXURY
      Benzin mühərriki ilə mövcuddur
      GX-İ KƏŞF EDİN
    • LX

      LÜKS KROSSOVER

      LX 570  INSPIRATION
      Dizel və ya Benzin mühərriki ilə mövcuddur
      LX-İ KƏŞF EDİN
    • LC

      FLAQMAN KUPE

      LC 500h  LUXURY H
      Hibrid və ya Benzin mühərriki ilə mövcuddur
      LC MODELİNİ KƏŞF EDİN
    • UX

      TEZLİKLƏ

      2018 UX Vehicle Card
      UX-İ KƏŞF EDİN
  • Discover

    Discover
    • PERFORMANS Sürücülüyə olan təbii ehtirasdan yaranıb
    • DİZAYN Lexus dəbdəbəsi və üslubunun inkişafı
    • TEXNOLOGİYA Sübut olunmuş innovasiya irsi
    • USTALIQ Takumi sənətini kəşf edin
    • KONSEPT AVTOMOBİLLƏR Gələcək Lexus modellərini araşdırın

LEXUS MÜHİTİ

360°-Lİ YANAŞMA

"LEXUS-UN ƏTRAF MÜHİTLƏ BAĞLI CƏHDLƏRİ YER KÜRƏSİNƏ ƏSL SEVGİ VƏ QAYĞIDAN İRƏLİ GƏLİR. LEXUS-UN ƏTRAF MÜHİT ÜZRƏ MƏNFİ TƏSİRLƏRİNİ NECƏ AZALTDIĞINI ÖYRƏNMƏK ÜÇÜN 5-MƏRHƏLƏLİ PROSESİ İZLƏYİN"

MƏQSƏD: SIFIR EMİSSİYA

LEXUS OLARAQ BİZ EKOLOJİ PROBLEMLƏRƏ CAVAB VERƏN SƏNAYENİN FORMALAŞMASINA GÖRƏ MƏSULİYYƏT DAŞIYIRIQ.

Hal-hazırda ekoloji dayanıqlılıq sənaye və cəmiyyətimizin qarşısında duran ən böyük problemdir. Bizim cavab tədbirimiz məhsullarımızla bərabər, fəaliyyət dairəmizə və onun hər bir iştirakçısına da təsir edir.

Sabit nəqliyyat konsepsiyasını rəhbər tutaraq biz:

  • - Hibrid avtomobilləri kimi ekoloji zərərsiz texnologiyaların tətbiqinə təşəbbüs göstəririk
  • -Fəaliyyətimizin ətraf mühitə təsirini azaldırıq
  • -Təbii resurslardan istifadəni minimallaşdırır, təkrar emal və təkrar istifadəni maksimallaşdırırıq
  • -Ətraf mühitin sağlamlaşdırılması istiqamətində yerli icmalarla birgə çalışırıq

Biz bu təşəbbüsü ətraf mühitin idarə edilməsinə 360° yanaşmamız adlandırırıq. Məqsədimiz biznesimizin hər bir sahəsində sıfır tullantıya və sıfır emissiyaya nail olmaqdır. Vaxt və bacarıqlar imkan verərsə, Kayzen (yaponca "davamlı inkişaf") ilə buna nail olacağımıza inanırıq. İnanırıq ki, Lexus şirkətinin inkişafı və uğuru bundan asılıdır.

MƏRHƏLƏ BİR: MƏHSUL VƏ LAYİHƏNİN HAZIRLANMASI

EKOLOJİ TƏSİRİ MİNİMUMA ENDİRMƏK ÜÇÜN İNKİŞAFIN PLANLAŞDIRILMASI VƏ ÖLÇÜLMƏSİ VACİBDİR. BUNA GÖRƏ DƏ BİZ "İSTİSMAR SİKLİ BARƏDƏ DÜŞÜNCƏ”-DƏN - İSTEHLAK EDİLƏN BÜTÜN EHTİYATLARI VƏ MƏHSULLARIMIZLA ƏLAQƏDAR ƏTRAF MÜHİTƏ VƏ SAĞLAMLIĞA DÜŞƏN TƏZYİQİ NƏZƏRƏ ALAN HƏRTƏRƏFLİ DAVAMLI İNKİŞAF PROSESİNDƏN İSTİFADƏ EDİRİK.

Biz təkrar emala yararlı olan materiallardan istifadə edirik, odur ki, istifadə müddəti bitdikdən sonra həmin materialların asanlıqla emal ediləcək hissələrini toplayır və onlardan təkrar istifadə edirik. Lexus avtomobillərinin ən xırda detalında belə bu prinsip nəzərə alınıb: təkrar emal edilmiş buferlərdən yük bölməsinin dekorativ elementlərində, izolyasiya materiallarından isə sükan dempferində istifadə olunub.

Qapıda dekorativ element kimi istifadə olunmuş ağac materialları indi daha çox hibiskus ailəsinə məxsus olan kənaf ilə təklif olunur.

Kənaf digər bitkilərə nisbətən iki - beş dəfə çox CO2 udur və avtomobil təmiri emalatxanalarından alınmış köhnə tullantı buferlərlə qarışdırılır; bu qapı haşiyələrini daha yüngül edir, səsi daha yaxşı udur və meşələri tükəndirməyən materialdan istifadə edir.

"BİZ BÜTÜN AVTOMOBİLLƏRİMİZDƏ İSTİFADƏ OLUNAN VƏ İNDİ BÜTÜN MAŞIN İSTEHSALÇILARININ İSTİFADƏ ETDİYİ MƏHDUDİYYƏTSİZ ŞƏKİLDƏ TƏKRAR UTİLİZASİYAYA YARARLI PLASTİK HAZIRLAMIŞIQ."

MƏRHƏLƏ İKİ: İSTEHSAL

Lexus olaraq biz ekoloji problemlərə cavab verən sənayenin formalaşmasına görə məsuliyyət daşıyırıq. Hal-hazırda ekoloji dayanıqlılıq sənaye və cəmiyyətimizin qarşısında duran ən böyük problemdir. Bizim cavab tədbirimiz məhsullarımızla bərabər, fəaliyyət dairəmizə və onun hər bir iştirakçısına da təsir edir.

Biz bu təşəbbüsü ətraf mühitin idarə edilməsinə 360° yanaşmamız adlandırırıq. Məqsədimiz biznesimizin hər bir sahəsində sıfır tullantıya və sıfır emissiyaya nail olmaqdır. Vaxt və bacarıqlar imkan verərsə, Kayzen (yaponca "davamlı inkişaf") ilə buna nail olacağımıza inanırıq. İnanırıq ki, Lexus şirkətinin inkişafı və uğuru bundan asılıdır.

MƏRHƏLƏ ÜÇ: MADDİ-TEXNİKİ TƏCHİZAT

Lexus şirkətinin ekoloji maraqları xam materialların toplanıb daşınmasından avtomobil hissələrinin emalı və yığılmasına qədər, eləcə də, mərkəzi sərgi salonlarımızdakı proseslərdən avtomobilin istismar dövrünün sonunda materialların emalına qədər müxtəlif məsələləri əhatə edir.

Bununla belə biz, texniki təchizat məsafəsini ildə 3057 mil azaltmağa nail olmuşuq ki, bu da 1020 ton CO2 qənaətinə imkan verdi. Biz buna nəqliyyat marşrutlarını diqqətlə planlaşdırmaqla və hər yük avtomobilinə düşən səmərəli yükü ikiqat artırmaqla nail oluruq.

MƏRHƏLƏ DÖRD: İSTİSMAR MÜDDƏTİ BAŞA ÇATMIŞ AVTOMOBİLLƏRİN UTİLİZASİYASI

İSTİSMAR DÖVRÜ BAŞA ÇATMIŞ AVTOMOBİLLƏRƏ DAİR DİREKTİV TULLANTILARIN QARŞISINI ALMAQ VƏ MƏHDUDLAŞDIRMAQ, İSTİSMAR DÖVRÜ BAŞA ÇATMIŞ AVTOMOBİLLƏRİN TƏKRAR İSTİFADƏSİNİ, UTİLİZASİYASINI VƏ TƏKRAR EMALINI TƏKMİLLƏŞDİRMƏK MƏQSƏDİ DAŞIYIR

Lexus Direktivin tələblərini təsdiq etmiş və fəaliyyətinin bir hissəsi kimi, tələblərə cavab verən bütün Lexus avtomobillərinin pulsuz geri qəbul edilməsi üçün öz siyasətini tətbiq etmişdir.

Avtomobillərin pulsuz geri qəbulu üzrə xidmət təminatçısı kimi "Autogreen" şirkətini təyin etmişik; onlar avtomobilinizin pulsuz geri qəbula uyğun gəlib-gəlməməsi, eləcə də, ən yaxın utilizasiya zavodu ilə bağlı məsləhət verə bilər. Daha ətraflı məlumat üçün daxil olun www.autogreen.eu

Lexus olaraq biz fəaliyyətimiz nəticəsində ətraf mühitə dəyə biləcək mənfi təsirlərin minimallaşdırılması üçün dünya səviyyəsində çalışırıq. Avtomobillərin utilizasiyası ilə bağlı Lexus sahiblərinə məsul, etibarlı və səmərəli xidmətin göstərilməsi məqsədi ilə İstismar Müddəti Başa Çatmış Avtomobillərin təkrar emalı və istifadəsi üzrə biznes tərəfdaşını seçərkən onun ən yüksək standartlara cavab verilməsi vacib idi.
    • Avtomobillər
    • Performans
    • Dizayn
    • Texnologiya
    • Ustalıq
    • Konsept Avtomobillər
    • Test-Drayva yazıl
    • Broşür xahiş edin
    • Avtomobili konfiqurasiya edin
    • Bizimlə əlaqə saxlayın
Azərbaycan – Azərbaycan
  • HÜQUQİ MƏLUMAT
  • WLTP
  • Sayt kukiləri
  • ƏTRAF MÜHİT
  • Lexus Beynəlxalq
© 2018 Lexus.
  • Sizə ən yaxşı onlayn Lexus təcrübəsini təmin etmək üçün biz və seçilmiş tərəfdaşlarımız saytımızda kukilərdən istifadə edirik. Əgər parametrlərinizi dəyişmədən davam etsəniz, Lexus veb-saytında bütün kukiləri qəbul etməyə razı olduğunuzu qəbul edəcəyik. Daha ətraflı öyrənin.