Lexus
DAVAM ETMƏK ÜÇÜN AŞAĞI FIRLADIN

LEXUS TƏHLÜKƏSİZLİK SİSTEMİ+

HƏR SƏYAHƏTDƏ FƏAL TƏHLÜKƏSİZLİYİ SINAQDAN KEÇİRİN

İnsanın görmə qabiliyyəti diqqətəlayiqdir. Lakin onun məhdudiyyətləri var və perspektiv fəndlər ilə aldana bilər. Lexus Safety System Plus-un sükan arxasında düşüncələrinizi dəstəkləmək üçün necə hazırlandığı haqqında öyrənin. Aydın qavrayış və inamlı idarəetmə üçün ağıllı dəstək.

LÜTFƏN, GÖZLƏYİN - TƏCRÜBƏ YÜKLƏNİR

Qavrayış
paralel xətlərin əyilmiş göründüyü

optik fəndlər ilə təhrif edilə bilər

lakin yolda olarkən

Lexus sizi zolaqda saxlayır

ZOLAQDA YOLADÜŞMƏ XƏBƏRDARLIĞI VƏ ZOLAQDA QALMA KÖMƏKÇİSİ

İZLƏMƏDƏ QALIN

Hətta ən diqqətli sürücülərin belə fikri yayına bilər. Əgər zolaqdan kənara çıxmağa başlasanız, Zolaqda Yoladüşmə Xəbərdarlığı sizi yolda saxlamaq üçün irəli keçir. Sükan yavaşca titrəyir və ehtiyat tədbiri səsi və işıq bildirişləri sizə yolunuzu düzəltməyi tövsiyə edir. Xüsusilə, avtomobil yolları və uzun səyahətlərdə sakit inam sizə məxsusdur.

ƏTRAFLı OXU

NƏZARƏTLİ İSTİQAMƏT

Ağıllı kamera ağ və sarı zolaq işarələrini aşkarlayır. Əgər istiqamətdən yayınsanız, audio-vizual xəbərdarlıq avtomatik aktivləşdirilir. Və əgər seçsəniz, Zolaqda Qalma Köməkçisi sizi zolağa əngəlsiz geri qaytarmaq üçün əlavə əksinə-idarəetmə toxunuşu tətbiq edəcək.

Xəbərdarlıq və diqqətli, bu xüsusiyyətlər uzun müddət ərzində idarəetmə konsentrasiyasını dəstəkləmək üçün birgə işləyir. Sükanı idarəetmə daha az cəhd tələb edir. Zolaqda Yoladüşmə Xəbərdarlığı və Zolaqda Qalma Köməkçisi gözlərinizə həmişə etibarlı dəstək verir.

TƏCRÜBƏYƏ QAYITMAQ

Gecə saatlarında

bu illuziyada hərəkət edən nöqtələr kimi

güclü və yüksək işıqlı faralar

digər sürücülərin gözlərini qamaşdıra bilər

Lexus bu parıltını avtomatik yönləndirir

AVTOMATİK UZAQ İŞIQLARI VƏ UYĞUNLAŞAN UZAQ İŞIQLARI SİSTEMİ

AĞILLI
İŞIQLANDIRMA

Qaranlıqda avtomobil idarə etmək həyatın saf duyğulu zövqlərindən biridir, baxmayaraq ki, gecə vaxtı hərəkət etmək qarşınızda yeni çətinliklər yaradır. Xüsusiyyətlərimiz sizi və digər sürücüləri təhlükəsiz saxlamaqla, görmə qabiliyyətinizi təkmilləşdirir. Avtomatik Uzaq İşıqları lazım olanda, avtomatik yanır və sönür. Uyğunlaşan Uzaq İşıqları Sistemi ətraf ərazilər tamamilə işıqlandırılmış qalarkən, yaxınlaşan nəqliyyat vasitələri üçün ağıllı kölgələndirmə faraları ilə bir səviyyə daha irəli keçir.

ƏTRAFLı OXU

GECƏ SAATLARINDA İNAMLI HƏRƏKƏT

Avtomatik Uzaq İşıqları, axtararaq və gözlərinizin dərhal aşkarlamadığını görərək bir neçə addım irəlidə qalmaq üçün ağıllı sensorlardan istifadə edir. Ön şüşələrdəki kameralar yüksək və zəif işıq arasında qeyri-iradi dəyişərək, qarşınızdakı yaxınlaşan nəqliyyat vasitəsinin həm faraları, həm də arxa işıqlarını cəld müəyyən edir.

Uyğunlaşan Uzaq İşıqları yolu işıqlandırır, lakin digər nəqliyyat vasitələrini kölgədə saxlayır. Kamera dəqiq kölgələndirməni təmin etmək üçün avtomobilin hərəkətini izləyir. Hər iki sistem digər sürücülərin gözlərinin qamaşmamasını təmin edərək, təbii görmə qabiliyyətinizi optimallaşdırır. Toqquşma riski azaldılır. Günəş batarkən, görmə qabiliyyətiniz dəstəklənir.

TƏCRÜBƏYƏ QAYITMAQ

Tam görünmə dərəcəsi həmişə mümkün deyil

gizli təhlükələri aşkarlamaq üçün

görmə xəttiniz dəyişə bilər

ona görə də, Lexus sizin üçün həmin nöqtələri izləyir

GÖRÜNMƏYƏN NÖQTƏ MONİTORU

DAHA AYDIN
GÖRMƏ QABİLİYYƏTİ

İnsanların tam periferik görmə qabiliyyəti yoxdur, ona görə də, Görünməyən Nöqtə Monitoru sizə lazım olan dəstəyi verir. Bitişik xətlərdən yaxınlaşan nəqliyyat vasitələrini ayırd etmək üçün nəzərdə tutulmuş bu sistem başqa sürücü hərəkətdə olan zaman sizi xəbərdar edir. Soyuqqanlılığınızı qoruyub saxlayın və tam əminliklə zolaqları dəyişdirin.

ƏTRAFLı OXU

DİGƏR SÜRÜCÜLƏRİ XƏBƏRDAR EDİN

Ağıllı sensorlar ilə işləyən Görünməyən Nöqtə Monitoru, görünüşdə saxlamağa çətinlik çəkdiyiniz əraziləri əhatə edərək, yolu siz əvəzdən araşdırır. Görünməyən nöqtənizdə olan nəqliyyat vasitələrinin nəzərdən qaçmadığını təmin etmək üçün zolaqları dəyişdiyiniz zaman o, özünü irəli çəkir.

Həmçinin park etdiyiniz zaman bu faydalıdır. Arxa Çarpaz-Nəqliyyat Əyləci Sistemi yolun hər iki tərəfindən gələn istənilən nəqliyyat vasitəsindən sizi xəbərdar edərək, manevr etməyinizə kömək edir. Əgər o, toqquşmanın olacağını sezirsə, əyləcləri tətbiq etməklə sizə dəstək verir. Daha aydın, daha geniş görmə qabiliyyəti ilə həmişə tətikdə qalın.

TƏCRÜBƏYƏ QAYITMAQ

Görmə qabiliyyətimiz məsafəni dəyərləndirmək üçün təkmilləşib

lakin hələ də bizi yanılda bilər

hər iki üfüqi xətt

eyni uzunluqdadır

Lexus, sürətinizi qarşıdakı hərəkətə intuitiv uyğunlaşdıraraq

məsafə qavrayışınızı dəstəkləyir

UYĞUNLAŞAN KRUİZ-KONTROL VƏ TOQQUŞMA ÖNCƏSİ XƏBƏRDARLIQ SİSTEMİ

İDARƏETMƏ
ETİBARLILIĞI

Ağıllı idarəetmə sistemləri ilə birləşəndə insan mühakiməsi güclənir. Uyğunlaşan Kruiz-Kontrol sizinlə qarşıdakı nəqliyyat vasitələri arasındakı məsafəni müəyyən edir və sürətinizi müvafiq şəkildə tənzimləyir, Toqquşma Öncəsi Xəbərdarlıq Sistemi irəlidəki istənilən nəqliyyat vasitələri və maneələri aşkarlayır. Əgər toqquşma ehtimalı varsa, o, sizi xəbərdar edir və tədbir görmədiyiniz halda, avtomatik əyləcə basır. Qeyri-müəyyənlik aradan qaldırıldığı üçün əminliklə idarə edə bilərsiniz.

ƏTRAFLı OXU

DAHA UZUN SƏHAYƏTLƏR ZAMANI RAHAT OLUN

Uyğunlaşan Kruiz-Kontrol və Toqquşma Öncəsi Xəbərdarlıq Sistemi yolu əhatə etmək üçün millimetr-dalğalı radardan istifadə edir. Sürətiniz tənzimlənir-digər sürücülərin sürətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin edilmiş aralıq çərçivəsində idarə edilir. Toqquşma gözləniləndirsə, sizə xəbərdarlıq ediləcək və təmas qaçılmaz olarsa, əyləcləriniz avtomatik tətbiq ediləcək.

Uyğunlaşan Kruiz-Kontrol və Toqquşma Öncəsi Xəbərdarlıq Sisteminə malik olduğunuz üçün qarşınızda anbaan planlaşdırılmış yol olduğuna etibar edə bilərsiniz. Uzun yol gəzintiləri indi daha az yorucudur və əyləcin qəfil basılmasına ehtiyac nadir hadisədir. Daha az narahatlıq keçirin və hər səyahətdə mənəvi rahatlıqdan zövq alın.

TƏCRÜBƏYƏ QAYITMAQ

TƏHLÜKƏSİZLİYİN GƏLƏCƏYİNİN TƏSƏVVÜRÜ

QARŞIDAKI YOL

İlk Lexus LS 28 il əvvəl istehsal edilib. O, dəbdəbəni təcəssüm etdirirdi və performans, rahatlıq, sakitlik, istehsal keyfiyyəti və etibarlılığına görə tənqidi bəyənmə qazanmışdı.

İndi 2018-ci il üçün tam yeni LS yeni inqilab yaratmağa hazırdır. Dünyanın ən intuitiv piyada aşkarlama sistemi ilə yanaşı, Lexus Təhlükəsizlik Sisteminə əlavə edilən xüsusiyyətlər və onunla bərabər təkmilləşdirilmiş yeni texnologiya, Flaqman salonumuz ağıllı sürücü köməkçisinin yeni erasından xəbər verir.

TƏHLÜKƏSİZLİK TEXNOLOGİYAMIZIN GƏLƏCƏYİ

YENİ LS

AĞILLI XƏBƏRDARLIQ

Təkmilləşdirilmiş aktiv təhlükəsizlik sistemləri sürücü kimi sizə ağıllı dəstək təklif edərək, LS avtomobilini ətraf aləmdən daha xəbərdar edir. Stereo kameralar daxil olmaqla, nəqliyyat vasitəsinin ətrafındakı çox istiqamətli sensorlar parkinq manevrlərindən tutmuş toqquşmadan yayınmaya qədər vəziyyətə həmişə nəzarət edir.

Bu xəbərdarlıq, dünyada ilk aktiv sükan idarəetməsi ilə birgə işləyən intuitiv piyada aşkarlanması haqqında məlumatlandırır. Əgər qarşıdakı yolda piyada aşkarlanıbsa və toqquşma baş vermək üzrədirsə, sistem zolaqda qalmaqla, əyləcləri avtomatik tətbiq edir və şəxsin ətrafında idarə edir. Sürücü yolda daima məlumatlı saxlanaraq, dünyanın ən böyük 24” ölçüdə olan və başın üst tərəfində yerləşən displey vasitəsilə xəbərdar edilir.

xxYENİ LS

LEXUS CODRIVE

Lexus CoDrive sürücü kimi niyyətlərinizi ağıllı şəkildə oxumaqla idarəetmə kontrolu təmin edərək, LS-də yüksək səviyyəli idarəetmə dəstəyi təklif edir. Nəticə avtomobil yollarında davamlı idarəetmə yardımı və standart sayılan inamdır.

LS, sizi həmişə nəzarətdə saxlamaq üçün hazırlanmış, təhlükəsizliyinizin təmin olunduğu Lexus üçün daha ağıllı idarəetmə texnologiyasına doğru irəliləyir.

YENİ LS-İ DAHA ÇOX KƏŞF EDİN

SİZİN LEXUS-UNUZ, SİZİN XÜSUSİYYƏTLƏRİNİZ

LEXUS ÇEŞİDLƏRİNDƏ TƏHLÜKƏSİZLİK

ƏTRAFLI ÖYRƏNİN

ZƏHMƏT OLMASA, BRAUZERİNİZİN PƏNCƏRƏSİNİN ÖLÇÜSÜNÜ ARTIRIN.