concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

MƏQALƏLƏRƏ GERİ QAYIT

DİZAYNER NERİ OKSMAN
İLƏ MÜSAHİBƏ

FEVRAL 2017, MIT (MASSAÇUSETS TEXNOLOGİYA İNSTİTUTU) MEDİA LABORATORİYASI

1. Lexus International tərəfindən ilk dəfə təklif aldıqda nələr hiss etdiniz?

Lexus, “Mediated Matter” qrupunda bizə müraciət etdiyi zaman komanda tərəfindən hazırlanan, 3D Çap ilə optik şəffaf şüşə üçün nəzərdə tutulan və hələ də davam etməkdə olan layihə üzərində işləyirdik. Bu texnologiyanın əsasını 2015-ci ilə qoyduq və o vaxtdan bəri memari ölçülü şüşə konstruksiyasına imkan yaratmaq məqsədilə onu yenidən dizayn etmək üçün çalışırdıq. Bu texnologiyanın həyata keçirilməsi üçün bir layihəyə ehtiyac var idi (həyata keçirilməsi üçün texnologiyaya ehtiyacı olan bir layihəyə deyil) və Lexus qarşımızda idi!

2. “EYNİ ZAMANDA” (YET) adlanan konsepti necə şərh edərdiniz?

“EYNİ ZAMANDA” maraqlı sözdür, çünki bu söz yalnız kontekst daxilində bir məna kəsb edir: qədim, eyni zamanda müasir. Buna görə də o, hissələrinin (sözlər toplusu) birləşməsindən daha böyük məna kəsb edir. Bu, maraq doğuran bir sözdür, fərqli və əsasən əks mənalı sözlər arasındakı əlaqələri aydın şəkildə ifadə edir: sürətli, eyni zamanda asta, sərt, eyni zamanda yumşaq, qaranlıq, eyni zamanda işıqlı, inkişaf edən, eyni zamanda orijinal, zamanın təsirinə məruz qalmayan, eyni zamanda zamanla ayaqlaşan. Beləliklə də, bu söz başqa yerdə bir-biri ilə uyğunlaşmayan və ya birmənalı görünməyən iki təsvir arasında bir sinerji yaradan qrammatik vasitə kimi düşünülə bilər: köhnə, lakin eyni zamanda çox yeni bir baxış. Beləliklə də, fikrimizcə, “EYNİ ZAMANDA” sözü kənardan ziddiyyətli və ya tamamilə ikimənalı görünən məzmunlardan ibarət hissələrinin birləşməsindən daha dərin məna kəsb edən anlayışları əks etdirir. O, hissələri ayırmaqdan daha çox onları bir araya gətirir.

3. “EYNİ ZAMANDA” sözünü öz qurğunuzla necə əlaqələndirərdiniz?

Fikrimizcə, Mediated Matter Qrupunda “EYNİ ZAMANDA” anlayışı xüsusilə həvəsləndirici rol oynayır, çünki o, “hissələrin dünyasını” “bütünlərin dünyasına” çevirməkdə vasitəçilik edir.

Məsələn, bir bina, geyilə bilən əşya, təyyarə və ya maşının dizaynı və konstruksiyası ilə bağlı düşünməyin iki yolu vardır. Birincisi, bu dizayn obyektlərinin hər birini bir maşın kimi təsəvvür etməkdir: hər hissəsi müəyyən funksiyaya malik olan və mexaniki gücdən istifadə edən hissələrdən hazırlanmış bir cihaz. Hissələr birlikdə uçmaq (təyyarə) və ya sürmək (maşın) və ya yaşamaq (bina) kimi müəyyən ehtiyacları təmin etmək tapşırığını yerinə yetirir. İkinci yol isə onu bir orqanizm “canlı” kimi düşünməkdir, hissələrinin birləşməsindən daha böyük məna kəsb edən bir canlı, elə bir canlı ki, uçmaq və ya sürmək əməliyyatlarını uçmaq və ya sürmək təcrübəsinə dəyişir: qapının kilid yerindən çıxan səs, çarxların axıcı hərəkəti, görünüş keyfiyyəti, mexaniki cihazın animasiya keyfiyyəti, şəffaflıq. Bu hissələr bir araya gətirildikdə hissələrə ayrılmayacaq bir təcrübə yaradır. Əslində, onu parçalara ayırsanız, varlığını davam etdirməz. Fikrimizcə, bu yanaşma dizayna əhəmiyyət verən hər bir böyük şirkətin əsas təməl düşüncəsidir.

Təbiət də sinerqetik xüsusiyyətə malikdir: sərfəlidir, eyni zamanda səmərəlidir, funksionaldır, eyni zamanda gözəldir, zamanın təsirinə məruz qalmır, eyni zamanda zamanla ayaqlaşır, sabitdir, eyni zamanda dövridir, davamlıdır, eyni zamanda ekolojidir, balanslaşdırılmışdır, eyni zamanda hadisələrə həssasdır. Təbiətdən gələn bütün anlayışlar hissələrinin tamamından daha böyük məna kəsb edən bütünlər kimi qəbul edilə bilər.

Öz qurğumuza gəldikdə biz dizayn üçün hazırlanmış yeni əlavə edilən texnologiya və eləcə də dizayn baxımından vahid və bir neçə tərkib hissəyə malik olmayan yeni bir təcrübə yaratmaq istədik. Mexanizm və orqanizmlər arasındakı mexaniki və canlı sinerqetika bizi yönləndirən və ruhlandıran vasitə idi.

4. 3D Şüşə Çapı texnologiyasına xas özəllik nədir?

Qısaca desək, optik linzaları memari miqyasda çap edə bilirik.

Şüşəni üfləmə, presləmə və formalaşdırma üsulları şüşənin məhsuldarlığını və funksionallığını artırmağa yönəldilib. Lakin istehsalatda şüşənin yüksək piksel sıxlığına malik optik və mexaniki xüsusiyyətlərini sazlamaq imkanı əlavə bir vasitə olmadan son nəticəyə gətirib çıxarır.

Şüşənin qarışıq istehsalı yüksək piksel sıxlığına malik istehsalatda geometrik olaraq fərdiləşdirilə bilən və optik olaraq sazlana bilən strukturlar yaratmağımıza imkan yaradır. Daha əvvəl rəng qradientlərindən istifadəni də təcrübədən keçirmişik və onun ətraf mühit performansına, xüsusilə də enerjidən istifadə üçün günəş radiasiyasına təsir yollarını nəzərdən keçirmişik. Çünki biz 3D çap komponentlərini daxili xüsusiyyətlərin xarici formanı əks etdirdiyi şüşə üfürmədən fərqli olaraq fərqli qalınlıq və kompleks xüsusiyyətlərə malik şəkildə dizayn edə bilirik, günəş işığını keçirmə qabiliyyətini idarə edə bilirik. Başqa sözlə desək, axıcı daxili səthə malik preslənmiş və ya üfürülmüş şüşədən fərqli olaraq çap edilən hissə həm daxildə, həm də xaricdə kompleks səth xüsusiyyətlərini yerinə yetirə bilir; bu xüsusiyyətlər optik linza rolu oynaya bilər və xəfif kompleks kaustik naxışlar ilə təmin edir.

Bu xüsusiyyət sınma yolu ilə işıq şüalarını fokuslaya, və ya yaya bilən mürəkkəb optik linzaların, keçirici optik linzaların çapına imkan yaradır. Bu layihə printer tərəfindən istifadə edilən bucaqlar, mühərrikli çap cihazının dönmə radiusu kimi çap edilə bilən, eyni zamada struktur bütövlüyü saxlanıla bilən dizayn məhdudiyyətlərini daha yaxşı dərk etməyimizə kömək etdi. Qrup, həmçinin çap edilmiş obyektlərin mexaniki və optik xüsusiyyətlərini daha yaxşı dərk etmək üçün çalışır.

Mediated Matter” Qrupu Massaçusets Texnologiya İnstitutunun Piter Huk tərəfindən idarə edilən Şüşə Laboratoriyası və həmin İnstitutun Mexaniki Mühəndislik Şöbəsi ilə əməkdaşlıq çərçivəsində ilk dəfə 2015-ci ildə şüşə printer buraxmışdı. Həmin vaxtdan etibarən printerin növbəti nəsli üzərində səylə çalışmışıq. İkinci nəsil şüşə 3D Printeri “Mediated Matter” Qrupu tərəfindən optik şəffaf strukturun qarışıq istehsalı ilə əlaqədar həyata keçirilən cəhdlərə əsaslanaraq, platforma arxitekturasının və maddənin xüsusiyyətləri barədə məlumatlandıran emal nəzarətinin əsaslı şəkildə yenidən formalaşdırılmasından ibarətdir. Məqsədimiz sazlana bilən, eyni zamanda proqnozlaşdırıla bilən mexaniki və optik xüsusiyyətlərə malik şüşə strukturlar istehsal edə bilən, etibarlı istehsal platforması hazırlamaq idi. Yüksək iş temperaturu və istifadə edilən maddənin qatılığını nəzərə alaraq, istehsal prosesi zamanı platformada şüşənin termodinamik davranışı ilə bağlı əsaslı bir ideya tələb edilirdi. Bu yeni istehsal platforması bütün şüşə formalaşdırma prosesi boyunca rəqəmsal olaraq inteqrasiya edilmiş termal nəzarət sistemi ilə təmin edir və yeni 4-oxlu hərəkətə nəzarət sistemi ilə kombinasiya edilmişdir; bu da daha səmərəli axın nəzarətinə, yüksək səviyyədə piksel sıxlığı və həssaslığa və ərimiş şüşənin davamlı çökməsi ilə daha sürətli, təxminən 30 kq-a qədər istehsal normasına imkan yaradır.

5. Bu layihə ilə bağlı ən mürəkkəb məqam hansıdır?

Layihənin bir çox mürəkkəb məqamları var. Texniki olaraq mürəkkəbdir, çünki optik şəffaf 3D şüşə çapını memari ölçülərdə tətbiq edirik. Həmin ölçüdə və ümumilikdə şüşə çapında ən mürəkkəb amil bundan ibarətdir ki, şüşənin mexaniki optik xüsusiyyətlərini sazlamaq üçün kimsə şüşəni çox yüksək temperaturda hərəkətə gətirməli, emal etməli və daxildə saxlamalıdır. Şüşəni ağızlıqdan sıxışdırıla biləcək qədər yaxşı axıtmaq üçün maddə 1000 °C-dən yüksək temperaturda saxlanılmalıdır. Buna nail olmaq üçün printer istehsal prosesinin hər bir mərhələsi üçün nəzərdə tutulan ayrıca isitmə kameraları ilə təchiz edilməlidir: əritmə, axıtma, soyutma və s.

Planetin ən isti yerlərindən biri 57 °C temperatur qeydə alınan Kaliforniyadakı Ölüm Vadisidir (Death Valley). İndi 1000 °C temperaturda şüşə çap etməyin nə demək olduğunu təsəvvür edin! Biz bu prosesi aralarında onilliklərdir ki şüşə üfləyən mütəxəssislər olmaqla, bu maddəni böyük dəqiqliklə istifadə etmək üzrə hazırlaşdırılmış şüşə ekspertləri ilə həyata keçiririk.

Printer hazırlamaq üçün fərdi istilik kameralarını, eləcə də istehsal prosesinin hər mərhələsi (şüşəni əritmək, şüşəni üfləmək və şüşəni soyutmaq) üçün proqram və aparat təminatını dizayn etməli və qurmalı idik. Hər bir proses üçün xüsusi təyin edilmiş kamera, hər bir kamera üçün temperatur intervalı. Beləliklə də, texniki çətinlik layihənin təbiətini, eləcə də mahiyyətini müəyyən edir. Necə mükəmməl ocaqxana dizayn etməli?

İstiliyə nəzarət etməyin ikinci texniki çətinliyi işığı idarə etmək idi. Komandamızdakı möhtəşəm düşüncəyə malik mühəndislərin dəstəyi ilə hər bir sütun daxilində olan və çap edilən şüşə vasitəsilə əlaqələndirilən dinamik işıq mənbəyini idarə etmək üçün hərəkətə nəzarət mühiti, yəni təkmil interfeys yarada bildik.

Üçüncü, demək olar ki, ən qəliz məsələ texniki problem deyildi, bu, memarlar, istehsal dizaynerləri, mexaniki mühəndislər, proqram təminatı mühəndisləri, kimyaçılar, maddə üzrə alimlər və digərləri kimi tamamilə fərqli sahələrdən olan insanlardan ibarət bir cəmiyyətin formalaşdırılması idi. Komanda üzvləri fərqli sənaye və akademik şöbələrdən idilər və bizim yeni şüşə printerimizi və onun ilk memari ölçüdə tətbiqini ərsəyə gətirmək üçün bir araya gətirilmişdilər.

6. Milandakı ziyarətçilərin qurğunuz ilə nəyi görmələrini, hiss etmələrini və ya təcrübədən keçirmələrini istərdiniz?

İsim (təyyarə, maşın və s.) olmadan fel (uçmaq, sürmək və s.)

Funksional obyekt olmadan təcrübəni, nəqliyyat vasitəsi olmadan səyahəti ifadə etmək istədik. Faktiki maşın olmadan ulduzlu bir gecədə uçmaq və ya sürməyin nə cür hiss etdirə biləcəyini ifadə etmək istədik. “LEXUS YET” sərgisində işıqdan hazırlanmış, insanların kosmosda hərəkətini istiqamətləndirmək üçün nəzarət edəcəyimiz, demək olar ki, sonsuz olan çarxa bənzər refleksiyaların sonsuz axınını xəyal etdik; ayın və ya planetlərin işığında üzməyin nə cür hiss etdirə biləcəyi bir təcrübə, kosmik kaustik təcrübə.

“EYNİ ZAMANDA” (“YET”) konseptini işıq, maddə və fəza baxımından kəşf etdik. İşıq baxımından: işıq ikili fiziki təbiətə malikdir: o, bir zərrəcikdir, eyni zamanda bir dalğadır (Eynşteyn düşünürdü ki, işıq zərrəcikdir (foton) və foton axını dalğa əmələ gətirir). Sərgidəki ziyarətçilərin bu ikili təbiəti sadəcə düşüncə olaraq deyil, təcrübə vasitəsilə görmələrini istədik. Şüşə baxımından: şüşə elə bir cisimdir ki, onun vasitəsilə işıq əks etdirilir və sınır, o, qədimdir, EYNİ ZAMANDA müasirdir. Bu sərgidə 3D çapdan istifadə vasitəsilə ona yeni bir şərh bəxş edirik. Fəza baxımından: işıq və maddə kombinasiyası yerə bağlı, EYNİ ZAMANDA havadan asılı olmaq təcrübəsini yaradacaqdı; dəstəklənmiş, EYNİ ZAMANDA işıq boyu əziyyət çəkmədən hərəkət edə bilmək hissi. Kosmik kaustik forması.