concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

LEXUS FRANKFURTDA

DƏBDƏBƏLİ, CƏSUR DİZAYN BU İLİN FRANKFURT AVTOMOBİL SƏRGİSİNƏ TƏŞRİF BUYURUR. BİZ, YENİLƏNMİŞ LEXUS NX VƏ LEXUS CT NÜMAYİŞ ETDİRİRİK. SİZƏ DAHA TƏSİRLİ İDARƏETMƏ TƏQDİM ETMƏK ÜÇÜN MODELLƏRİN ÜSTÜNLÜKLƏRİ ÜZƏRİNDƏ QURULMUŞ HƏM DİZAYN, HƏM DƏ TEXNOLOGİYA TƏKMİLLƏŞDİRİLMİŞDİR.

YENİLƏNMİŞ NX

İDMAN TƏƏSSÜRATI, QÜDRƏTLİ DİZAYN

Dəbdəbəli, müasir dizayn ilə idarəetmə dinamikasını özündə birləşdirən NX krosoveri Lexus avtomobilləri cərgəsinin populyar üzvüdür. İndi də biz qüdrətli yeni görkəm və daha da ağıllı təhlükəsizlik sistemini təqdim etməklə NX yenilədik.

NX daha qüdrətli yeni dizaynı daha qüdrətli, geniş xarici görkəmi və daha qəşəng ümumi forması ilə qürurlana bilər. Biz NX biznes dizaynı olaraq Lexus brendi olan burma radiator barmaqlığını yenilədik, hər iki bamperin formasını dəyişdik, yeni 18 düym yüngül xəlitəli disklər və yeni “toxunuşsuz” açıb-bağlanan arxa qapı təqdim etdik.

Eyni zamanda, NX idman üslubunu və dəbdəbəsini vurğulamaq üçün interyer də bir sıra detal dəyişikliklərinə məruz qaldı. Mərkəzi displey ekranı daha böyükdür, klimat-kontrol modernləşdirilmişdir və indi mərkəzi saat hərəkət etdiyiniz zaman sizin vaxt zonanızı avtomatik dəyişir. Həmçinin, interyerin Zəngin Krem və Sarı rəngli, üstəgəl NX Sport modelləri üçün Parlaq Qırmızı və Tünd Sarı rəngli daxili üzlənməsi və salon işlənməsi əlavə edilməklə, zəngin seçimdə interyer rəng opsiyaları mövcuddur.

YENİLƏNMİŞ CT

HƏYƏCANDOLU İDARƏETMƏ, DİQQƏT CƏLB EDƏN GÖRKƏM

Kompakt hibrid həçbəkimizin dinamik yeni görkəmini kəşf edin. Bu yenilik CT 200h modernləşdirilmiş təhlükəsizlik sistemini təmin edir, üstəgəl sadəliyinə və təsirli yanacaq ekonomiyasına təsir etmədən onun həyəcan dolu idarəetmə təbiətini özündə cəmləşdirən eksteryer.

Biz, aktiv həyat tərzlərinə uyğunlaşmaq və yolda güclü keyfiyyətlərə nail olmaq üçün CT-nin zərifliyini daha müasir və aqressiv dizaynla bir az da artırmışıq. Arxa hissədə edilmiş təkmilləşdirmələr sayəsində atletik görkəm yaratmaqla yanaşı profil idman üslublu disklər sayəsində daha da güclənir. Əlavə olaraq sizə indi valehedici ikitonlu yumşaq dəri interyer, parça ilə çox davamlı sintetik dərinin kombinasiyası və yeni tam parçadan hazırlanmış üzlük da daxil olmaqla, yeni kombinasiyalar təqdim edən geniş çeşiddə rəng palitrası ilə interyer seçimi verilir.

CT 200h F SPORT

CT 200h F SPORT modeli 2018-ci ildə çox mühüm dizayn yeniliklərinə məruz qalmışdır. Tam yeni şəkilli tor və yüksək keyfiyyətli faralarla yanaşı, bu modeldə həmçinin radiator barmaqlığında və işlənmələrdə eksklüziv qara üzlənmə və Lava Narıncı CS (Kristal Günəş Parlağı) və İsti Göy CL (Kontrast Qatlar) eksklüziv iki tonlu eksteryer rəngləri təqdim edir. Salonun içərisində F SPORT modeli iki tonlu dəri, parça və sintetik dəri üstəgəl yeni iki tonlu eksteryer da daxil olmaqla, yeni eksklüziv interyer kombinasiyaları ilə fərqlənir.

TƏHLÜKƏSİZLİK TEXNOLOGİYASI SADƏCƏ DAHA AĞILLI OLDU

Modernləşdirilmiş NX və CT həmçinin bizim innovativ Lexus Təhlükəsizlik Sistemini+ (LSS+) daxil edir. Bu sürücüyə yardım sistemi sizin yolda təhlükəsizliyinizi təmin etmək üçün aktiv iş görən ağıllı texnologiyadan istifadə edir.

LSS+ sistemi avtomobil yolda hərəkətdə olarkən qarşısında yaranan təhlükələri skan edən və hətta qəza vəziyyətində avtomobilin sürətini avtomatik azaldan Toqquşma Öncəsi Xəbərdarlıq Sistemini təqdim edir. Eyni zamanda bizim Adaptiv Kruiz-Kontrol və Hərəkət Zolağının Dəyişməsi barədə Xəbərdarlıq Sistemi idarəetməni yumşaldır və şose ilə hərəkət edərkən hərəkətin istiqamətini tənzimləyir. Sonra, əlavə olaraq, bizim Adaptiv Uzaq Fara Sistemimiz və Yol Nişanları Yardım Sistemi sizə sürücü olaraq daha çox nəzarət və əminlik verir.

LEXUS TƏHLÜKƏSİZLİK SİSTEMİNİN TƏQDİM EDİLMƏSİ + A

Biz həmçinin tam yeni Lexus LS flaqman dəbdəbəli sedanımızda daha geniş imkanlı Lexus Təhlükəsizlik Sistemi + A təqdim edəcəyik. LSS+ A sistemi LSS+ sisteminin funksiyalarını daha da genişləndirir və dünyada ilk olaraq bu növ texnologiyanı təqdim edir. Buraya daxildir: Sizi maneə və ya piyadalardan avtomatik olaraq yayındırmaq üçün Aktiv Sükan İdarəetməsi; hətta yolda zolaq işarələri olmayan halda sizi düzgün zolaqda saxlamaq üçün Lexus İdarəetməyə Yardım Sistemi və Zolaqla Hərəkətə Yardım və kəsişmələrdə təhlükəsizliyinizi qorumaq üçün Ön Kəsişmə Hərəkəti Xəbərdarlıq sistemi.