concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

LEXUS VƏ SKYJET
VALERİAN FİLMİNİN PREMYERASINDA

LEXUS VƏ EUROPACORP KİNOSTUDİYASI ARASINDA ƏMƏKDAŞLIQ YENİ MƏRHƏLƏYƏ KEÇİD ALDI. FUTURİSTİK SKYJET ÖZ DEBÜTÜNÜ MƏHZ HOLLİVUDDA, ТНЕ CREATIVE LIFE (TCL) ÇİN TEATRINDA KEÇİRİLƏCƏK “VALERİAN VƏ MİN PLANET ŞƏHƏRİ” FİLMİNİN PREMYERASINDA ETDİ.

SKYJET QIRMIZI XALÇAYA ÇIXIR

Birgə əməkdaşlıq sayəsində ərsəyə gələn tək oturacaqlı Skyjet kosmik gəmisi, kinoulduzlar Kara Delevin və Deyn Dehanın iştirakı ilə bu möhtəşəm film bayramına qatıldığı qırmızı xalıda nümayiş etdirildi. Rihanna və Kris Vu, Deyn və Kara kimi dünya şöhrətli ulduzların qatıldığı bu tədbirdə onlar öz pərəstişkarları üçün SKYJET ilə yanaşı müxtəlif fotoşəkillər çəkdirərək, premyeraya toplaşanlar üçün filmin möcüzələrindən birini gerçəkləşdirməyə yardımçı olublar.

KREATİV ƏMƏKDAŞLIQ

SKYJET – Valerian filminin yaradıcı heyəti tərəfindən 700 il bundan sonra Valerian dünyasında baş verənlərə uyğunlaşdırmaq məqsədilə bugünkü reallığa daxil edilən maşın qismində çıxış edən, tək oturacaqlı sürətli kosmik gəmidir. Yekun SKYJET gəmisini yaratmaq üçün filmin yaradıcı heyəti Lexus şirkətinin dizayn komandası ilə əməkdaşlıq şəraitində Lexus-un möhtəşəm dizayn simvolları və qabaqcıl texnologiyalarını bir araya gətirməyə müvəffəq olub.

LEXUS VƏ VALERİAN ULDUZU DEYN DEHAAN
TƏK OTURACAQLI GƏMİDƏN BİR PARÇA

‘SKYJET’ MAYAMİDƏ ‘SKYJET’ LUK BESSONSUN
GƏLƏCƏK FANTASTİK FİLMİNDƏ OLACAQ

Mayamidə keçirilən Lexus Lifestyle 2017 tədbirində 2017-ci ildə çəkilən VALERİAN VƏ MİN PLANET ŞƏHƏRİ filminin baş rol ifaçısı Deyn Dehaan həmin filmdə istifadə edilən kosmik gəmisinin tam oxşarını nümayiş etdirmişdir. Birnəfərlik SKYJET ilk dəfə Mayamidə təkrarolunmaz Lexus tədbirində lüks brendin ən son məhsulları və kübar yaşayış tərzin fəaliyyət növləri arasında təqdim edilmişdir. Filmin heyəti SKYJET-i 700 ildən sonra gələcək “Valerianın dünyasının” reallığına tam şəkildə müvafiq olan nəqliyyat vasitəsini göstərmək məqsədilə yaratmışdır. Filmin yaradıcı heyəti Lexus dizaynerləri ilə əməkdaşlıq edərək SkyJet-in yekun modelinə real, yaradıcı texnologiyaları və müasir dizayn replikalarını daxil etmişlər. Yekun dizaynda Lexus-un xüsusiyyəti sayılan “şpindel” formalı radiator qəfəsinin adaptasiyalı təfsiri, habelə 2018-ci ildə istehsal olunacaq eyni aerodinamik və atletik dizayna məxsus olan çox gözlənilən hibrid kupe Lexus LC-nin də dizaynının əlamətlərini görmək mümkündür. Bundan əlavə, konseptual modelin interyeri işləməsi zamanı “Valerian” filminin yaradıcı heyəti Lexus brendinin süni intellekt və HMİ qabaqcıl texnologiyalar sahəsində son nailiyyətlərdən ilham almışdır. Filmin süjeti həmçinin Lexus tərəfindən tədqiq edilən hidrogen yanacağın innovativ texnologiyası əsasında təsəvvür edilən gələcəyin enerji kapsulasından bəhs edir. Kosmik gəmisinin ilkin şəkilləri noyabr ayında filmin debüt treyleri çıxan tarixdə nümayiş etdiriləcək.

VALERİAN VƏ MİN PLANET ŞƏHƏRİ filmi haqqında daha ətraflı məlumat üçün:
- Facebook: https://www.facebook.com/ValerianMovie
- Twitter:https://twitter.com/ValerianMovie
- Instagram:https://instagram.com/valerianmovie

Tədbirdə baş verən premyeranı şərh edərək Deyn deyir: “Mən hər zaman Lük Bessonla işləmək arzusunda olmuşam çünki o, çəkdiyi filmin hər bir detalını sanki “cilalayır”, bununla da ən fantastik süjetin real həyata daha yaxın olmasını mümkün edir. SKYJET-in yaranmasında Lexus-la əməkdaşlıq bunun möhtəşəm nümunəsidir, Valerianın Skyjet-lə yerinə yetirdiyi təqib səhnələri filmin ən cürətləndirici səhnələri sayıla bilər.” Deyn səhnəyə çıxıb SKYJET haqqında, habelə onunla baş rolu paylaşan aktrisa Kara Delevin və rejissor Lük Bessonla işləri haqqında danışmazdan əvvəl, SKYJET möhtəşəm işıq şousu ilə tamaşaçılara təqdim olunmuşdur. Filmin rejisoru ilə əməkdaşlıq haqqında fikirlərini paylaşaraq Lexus şirkətinin Korporativ Brend marketinq istiqamətinin rəhbəri Spayros Fotinos dedi: “Lük ilk dəfə bizimlə Valerianla bağlı düşüncələrini paylaşanda hiss olunurdu ki, o, adilikdən üstün olmaqda və valehedici layihələr yaratmaqda tutduğumuz mövqeyimizdə bizimlə həmfikirdir. Lexus üçün SKYJET dizaynını və texnologiyalarını təsəvvür etməkdə və yaratmaqda dəstək olmaq çox maraqlı təcrübə idi. Bundan əlavə, brendimiz inanılmaz hekayənin hissəsi oldu; dizaynerlərimizə və mühəndislərimizə kosmik gəmisi üzərində işləyəcəkləri haqqında xəbəri verdikdə onların reaksiyasına şahid olmaq isə bizi şənlənirdi.” Növbəti yeddi ay ərzində filmin 2017-cı Avqust iyul ayında baş tutacaq buraxılışından əvvəl filmə daha çox tamaşaçı cəlb etmək və Valerian dünyası ilə onları yaxından tanış etmək məqsədilə Lexus şirkəti bir neçə valehedici tədbir keçirtmək niyyətindədir.

VALERIAN

Klassik komikslər üzərində qurulan Valerian və Laureline qəhrəmanları arasında yaşanan adi romanı rejissor/yazıçı-fantast Lük Besson müasir, unikal və epik elmi saqaya çevirir. Valerian (Deyn Dehaan) və Laureline (Kara Delevin) insanların yaşadığı ərazilərə hökumət tərəfindən təyin olunmuş və kainatda asayişə görə cavabdeh olan xüsusi əməliyyatçılardır. Komandirin əmri ilə (Klayn Ouen) Valerian və Laureline Alpha adlı qalaktikalararası heyranedici şəhərinə məxfi missiya ilə yollanırlar. Alpha şəhəri dayanmadan genişlənən və kainatın bütün güşələrindən gələn müxtəlif növlü və cinsli canlılarla dolan meqapolisdir.

Alphanın on yeddi milyon sakini ümumi rifah üçün istedadlarını, texnologiyalarını və resurslarını cəmləşdirmişdir. Əfsuslar olsun ki, Alfada ümumi məqsədə xidmət etmək istəməyənlər də var; faktiki olaraq, insan irqini böyük təhlükə altına salmaq istəyən görünməyən qüvvələr iş başındadır.