lexus care hero

LEXUS-A SAHİB OLMAQ

LEXUS QAYĞISI

GERİ ÇAĞIRMA MƏLUMATI

TAKATA HAVA YASTIQLARININ GERİ ÇAĞIRILMASI HAQQINDA
MƏLUMAT

Lexus şirkəti Takata hava yastığı şişirdiciləri ilə bağlı nəqliyyat vasitələrini geri çağırmaqla keyfiyyət və təhlükəsizlik üzrə öhdəliyini yerinə yetirir.

Müştərilərimizin təhlükəsizliyi bizim bir nömrəli prioritetimizdir, məhz bu səbəbdən biz nəqliyyat vasitələrimizin fəaliyyəti ilə bağlı davamlı yoxlamalar aparırıq. Nəqliyyat vasitələrimizdə hansısa komponent və ya aspektin ciddi standartlarımıza uyğun gəlmədiyindən xəbərdar olsaq, bu nümunədə etdiyimiz kimi müvafiq tədbirlər həyata keçirəcəyik.

  • 2017 lexus care defining service

    XİDMƏTİN İZAHI

    MÜKAFAT QALİBİ OLMUŞ MÜŞTƏRİ XİDMƏTİ

    Lexus-a sahib olmaq avtomobilə sahib olmaqdan daha çox məna kəsb edir – bu, müstəsna klubun üzvü olmaq kimidir. Biz avtomobillərimizdən olduqca razıyıq, ümid edirik ki. siz də razı qalacaqsınız. Məhz buna görə də sizə yüksək səviyyəli müştəri xidməti təklif edirik.
    Aşağıda Lexus-u Avropada fərqləndirən bəzi komponentlər haqqında qısa məlumat verilib. Daha ətraflı məlumat üçün yerli internet səhifəsinə daxil olun.

  • 2017 lexus care your warranty

    ZƏMANƏTİNİZ

    RAHATLIQ

    Bu çox vacibdir, ona görə də biz üç il və ya 100000 km yürüş zəmanəti təklif edirik (hansı birinci gələrsə). Birinci il üçün yürüş məhdudiyyəti yoxdur. Zəmanətə həmçinin daxildir:

    • Rəng qüsurlarına görə üç il
    • Kuzovda yaranan dəliyə görə on iki il
    • Ən yaxın diler və xidmət mərkəzinə pulsuz çatdırılma

    Daha ətraflı məlumat üçün yerli veb-sayta daxil olun.

  • 2017 lexus care euro assistance

    EURO ASSISTANCE 24

    HARADA OLURSUNUZSA OLUN

    Fövqəladə hal zamanı Avropanın istənilən yerində "European assistance" proqramı sizin köməyinizə çatacaq. Sizi ünvanınıza çatdırmaq üçün əlimizdən gələni edəcəyik. "Euro Assistance" proqramı günün 24 saatı, həftənin yeddi günü və ilin 52 həftəsi xidmətinizdə olacaq. Proqrama daxildir:

    • Fövqəladə hallarda otel tapmağa kömək edir
    • Əgər sürücü avtomobilini idarə edə bilməzsə, Lexus sürücünü göndərir
    • Lazımi təqdirdə yolda birbaşa texniki yardım göstərir

    Daha ətraflı məlumat üçün yerli veb-sayta daxil olun.

  • 2017 lexus care financial services

    MALİYYƏ XİDMƏTLƏRİ

    MÜKAFAT QALİBİ OLMUŞ MÜŞTƏRİ XİDMƏTİ

    Lexus Maliyyə Xidmətləri digər provayderlərdən fərqli olaraq Lexus sürücülərini maliyyə məhsulları xidmətləri ilə təmin edən ayrıca şirkətdir. Xüsusi və şəffaf şərtlər daxilində cəlbedici və çevik həllər təklif edərək, sizə ən uyğun olanı seçməyinizə kömək edə bilərik. Məhsullarımıza daxildir:

    • Fərdi və korporativ müştərilərlər üzrə lizinq və maliyyələşdirmə
    • Avtomobil sığortası
    • Texniki-xidmət paketləri
    • Sığorta ödənişləri

    Daha ətraflı məlumat üçün yerli sayta daxil olun (Əgər ölkənizdə Lexus Maliyyə Xidmətləri fəaliyyət göstərirsə).

  • 2017 lexus care bluetooth compatibility

    BLUETOOTH UYĞUNLUĞU

    QOŞULMANIZI TƏMİN EDİR

    Bluetooth® sistemi sizə asanlıqla mobil telefonunuzdan Lexus-a qoşulmağınıza imkan verir. Bunun üçün telefonunuzun Bluetooth® və Hands-Free-Profile xüsusiyyətlərinin olması vacibdir.
    Telefonunuzun qoşula bilib-bilməməsini yoxlamaq üçün Bluetooth® sisteminin uyğunluq pəncərəsindən istifadə edə bilərsiniz.