LEXUS VEB-SAYTINDA "COOKIE"-LƏR

"Cookie"-lər hansı funksiyaya malik olmasından və istifadə təyinatından asılı olaraq dörd kateqoriyaya bölünürlər:

LEXUS VEB-SAYTINDA "COOKIE"LƏR

“Sizin onlayn təcrübənizin artırılması məqsədilə Lexus və onun tərəfdaşları "cookies", "web beacons" və ya digər izləmə texnologiyalarından istifadə edirlər. "Cookie"-lər sizin tərcihlərinizin toplanması məqsədilə kompüterinizin brauzerində yerləşdirilmiş mətn fayllarıdır. Lexus Servis və internet istifadəsini anlamaq, eləcə də Lexus veb-saytlarında məhsul, məzmun, təklif və xidmətlərin tələbə uyğun tənzimlənməsi məqsədilə "cookies" və digər izləmə texnologiyalarından istifadə edir.
Məsələn, biz sizin Lexus Qur və Al xidmətlərində təcrübənizin fərdiləşdirilməsi (məsələn, siz xidmətə geri döndükdə adınızın tanınması və ya sizin konfiqurasiya edilmiş avtomobilinizin yadda saxlanılması), şifrənin mühafizə olunduğu yerlərdə şifrənizin qorunması və alış-veriş kartlarından istifadə etmənizi təmin etmək məqsədilə istifadə edə bilərik.

1. Mütləq zəruri "Cookie"lər
a. Biz bu “cookie”lərdən sizə Lexus veb-saytlarında minimal xidmətlərin göstərilməsi məqsədilə istifadə edirik.
b. Biz bu “cookie”lərdən Lexus veb-saytlarında təhlükəsizliyin gücləndirilməsi məqsədilə istifadə edirik
c. Bu “cookie”lər məcburidir və veb-saytda deaktiv edilə bilməz.
d. Ümumiyyətlə, siz “cookie”-ləri istənilən an öz brauzerinizdə deaktiv edə bilərsiniz.

2. Performans “cookie”ləri
a. Lexus analitika, sorğu "pop-up"-ları, eləcə də ümumi performans və monitorinqin mövcudluğundan istifadə etməklə onlayn təqdim etdiyimiz xidmətlərin təkmilləşdirilməsi məqsədilə “cookie”lərdən istifadə edir.
b. Bu “cookie”-lər könüllü xarakterlidir və hazırkı səhifənin “cookie” tənzimləmə dialoq qutusunda deaktiv edilə bilər

3. Funksional “cookie“-lər
a. Lexus Veb-saytlarımıza növbəti dəfə daxil olarkən giriş məlumatlarınızın yadda saxlanılması məqsədilə “cookie”lərdən istifadə edir.
b. Biz, həmçinin, sizin etdiyiniz müəyyən seçimlərin, məsələn, Qur və al bölməsində aylıq yoxsa nağd ödəniş seçiminizin yadda saxlanılması ilə istifadəçi təcrübənizin artırılması məqsədilə də onlardan istifadə edirik.
c. Bu “cookie”-lər könüllü xarakterlidir və hazırkı səhifənin “cookie” tənzimləmə dialoq qutusunda deaktiv edilə bilər

4. Hədəfləmə /Hədəfləyən “cookie“-lər
a. Lexus veb-saytlarında tam təcrübəni təmin etmək məqsədilə, bu "cookie"-lər Lexus veb-saytlarında hansı səhifələrə daxil olduğunuzun qeydiyyatının saxlanılması və ya "ən yaxın Lexus riteyler" kimi lokal xidmətlərin göstərilməsi üçün istifadə olunur. Bu, Lexus veb-saytlarından başqa veb-saytlara daxil olduğunuz zaman hədəflənmiş reklamlara gətirib çıxara bilər.
b. Bu “cookie”-lər könüllü xarakterlidir və hazırkı səhifənin “cookie” tənzimləmə dialoq qutusunda deaktiv edilə bilər

Lexus, üçüncü tərəf xidmət provayderlərimiz və ya tərəfdaşlarımız sizin daxil olduğunuz digər veb-saytlarda yerləşdirilmiş reklamların performansının idarə edilməsi və ölçülməsi məqsədilə “cookie“-lər və ya digər izləmə texnologiyalarından istifadə edə bilərlər.

İstər qeydiyyatdan keçmiş, istərsə də digər qaydada Lexus veb-saytlarına daxil olmaqla siz yuxarıda qeyd olunan texnologiyalar, eləcə də gələcəkdə hazırlanmış bənzər texnologiyalar vasitəsilə sizin fəaliyyətlərinizin, həmçinin xidmət və funksiyalardan istifadə etməyinizin izlənməsi üçün bizə razılıq verdiyinizi qəbul edirsiniz.

Üçüncü tərəflər siz Lexus veb-saytlarına daxil olduğunuz zaman öz izləmə texnologiyalarını qura və ona daxil ola bilər. Bununla onlar siz Lexus veb-saytından istifadə etdiyiniz zaman ərzində, eləcə də digər veb-sayt və tətbiqetmələrdə sizin və onlayn fəaliyyətləriniz haqqında məlumata çıxış əldə edə bilərlər. Onların bu kimi texnologiyalardan istifadəsi bizim nəzarətimiz altında deyil və bizim məxfilik siyasətlərimizlə tənzimlənmir.

“Cookie“-lərin deaktiv edilməsi

Əksər veb brauzerlər “cookie“-lərin qəbul edilməsi üzrə tənzimlənmişdir. Siz öz brauzerinizi müəyyən “cookie”-ləri qəbul etməzdən öncə sizi xəbərdar etməsi və ya müəyyən “cookie”-lərdən imtina etməsi üçün tənzimləyə bilərsiniz. Lakin siz öz brauzerinizdə “cookie”-lərin istifadəsini deaktiv etsəniz Lexus veb-saytında bəzi funksiyaların istifadəsi çətinləşə və ya düzgün qaydada işləməyə bilər.